At izi it izinə qarışmaz.

One cannot make the leopard change his spots. / What is bred in the bone never gets out of the flesh. / Cf. No matter how long you feed a wolf he’ll always have his eye on the forest. / Feed the wolf as much as you like, but he’s always hankering after the forest. Кто волком родился, тому лисой не бывать. / Кто родом кулак, тому не разогнуться в ладонь. / Ср. Сколько волка ни корми, а он всё в лес гдядит.
At işlər, ər öyünər.
at kimi üzə durmaq
OBASTAN VİKİ
.it
.it — İtaliyanın internet kodu.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponiyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır. 18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb. 2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir. Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Koko (it)
Koko (9 aprel 2005, Viktoriya – 18 dekabr 2012) — Avstraliyalı it aktyor. O 2011-ci ildə ekranlara çıxan "Qırmızı it" filmində baş rola çəkilmişdi. Koko bu filmdə Avstraliyada məşhur it olan Qırmızı iti canlandırmışdı. Koko sağ olanda xeyriyyə məqsədləri üçün vəsait toplayırdı. Onun sahibi "Qırmızı it" filminin prodüseri Nelson Woss idi. "Qırmızı it" seriyası ilə bağlı ikinci film 2019-cu ildə çıxıb və bu sənədli filmdə Kokonun hekayəsindən və ondan sonra yaşadıqlarından bəhs edilir. == Həyatı == Koko 2005-ci ildə Avstraliyanın Viktoriya ştatında anadan olub. İlk sahibləri seleksiyaçılar Carol və Len Hobday idi. Onu it şoularında iştirak etməsi üçün təlim keçmişdilər. Koko 2006-cı ilin yanvarında onlara məxsus olduğu zaman "Ən Zəhmətkeş İtlər" mükafatını qazanmışdı.
Rəqəmsal ayaq izi
Rəqəmsal ayaq izi və ya rəqəmsal kölgə — internetdə və ya rəqəmsal cihazlarda özünü göstərən izlənilə bilən rəqəmsal fəaliyyətlərin, hərəkətlərin, töhfələrin və kommunikasiyaların unikal dəsti. Rəqəmsal ayaq izləri passiv və ya aktiv olaraq təsnif edilir. Birincisi istifadəçinin veb-brauzer fəaliyyəti və kukilər kimi saxlanılan məlumatlardan ibarətdir. Sonuncu tez-tez veb-saytlarda və ya sosial mediada məlumat kimi paylaşılaraq üçün istifadəçi tərəfindən qəsdən buraxılır. Termin adətən bir şəxsə şamil edilsə də, rəqəmsal ayaq izi bir müəssisə, təşkilat və ya korporasiyaya da aid edilə bilər. Rəqəmsal ayaq izindən istifadə həm müsbət, həm də mənfi nəticələrə malikdir. Bir tərəfdən bu, bir çox məxfilik probleminin mövzusudur. Məsələn, bir şəxsin icazəsi olmadan yad şəxslər yalnız axtarış sistemindən istifadə edərək həmin şəxs haqqında məlumatları birləşdirə bilər. Korporasiyalar həmçinin, baxış tarixçəsi əsasında fərdiləşdirilmiş reklamlar istehsal edə bilirlər. Digər tərəfdən, başqaları sosial media təsir edənlər kimi rəqəmsal izlərindən faydalanaraq fayda əldə edə bilərlər.
Poladın izi ilə
Poladın izi ilə — Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan sənədli film. "Poladın izi ilə" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. Filmin təqdimat mərasimi 4 may 2022-ci ildə, Nizami Kino Mərkəzində keçilirmişdir.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qara at
Qara at (ing. Dark horse) — əvvəlcə qələbə iddiası üçün müzakirə olunmayan, birdən-birə güclənən namizəd və qələbə üçün iddiaçı. İlk dəfə konserpt Benjamin Dizraelinin "Cavan Hersoq" (1831) novellasında qeyd olunub.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.